Bakı sakinindən hədə-qorxu ilə pul alan şəxs saxlanılıb.
Lent.az-ın DİN-in saytına istinadən məlumatına görə, Xəzər RPİ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində iyulun 12-də Zamin Səfərovun 170 manat pulunu hədə-qorxu yolu ilə almaqda şübhəli bilinən Bakı şəhər sakini Seyran Cahangirov tutulub.