Bakıda ölümlə nəticələnən bədbəxt hadisə baş verib. Yasamal rayon Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, 1985-ci il təvəllüdlü Həsənov Cəmil Ağarəhim oğlunun meyiti yaşadığı Şahtaxtinski 4 ünvanında aşkarlanıb. Hadisə yerinə hüquq-mühafizə orqanlarının nümayəndələri gəlib.
Məlum olub ki, 27 yaşlı oğlan dəm qazından boğulub.
Faktla əlaqədar müvafiq ekspertizalar təyin edilib. Araşdırma gedir.