Bakıda 2 kilometrlik yeraltı kabel oğurlanıb
24 mart 2018 18:48 (UTC +04:00)

Bakıda 2 kilometrlik yeraltı kabel oğurlanıb

0

Bakıda xeyli miqdarda yeraltı kabel xətti oğurlanıb. Lent.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, martın 23-də Binəqədi rayonunun Hökməli qəsəbəsi ərazisində, “Azərişıq” ASC-nin Xırdalan Enerji və Satış idarəsinə məxsus yeni çəkilmiş, lakin istifadəyə verilməmiş yeraltı kabelin 2000 metrlik hissəsi kəsilərək oğurlanıb.

 

Binəqədi RPİ 40-cı PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Abşeron rayon sakini Nicat Vəliyev saxlanılıb.

 

Araşdırma aparılır.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 479

Oxşar yazılar