Bakıda oğurluq etmiş şəxsin başqa cinayəti üzə çıxıb. Lent.az Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, oğurluq etməkdə şübhəli bilindiyinə görə tutulan Habil Məmmədovun ətrafında Xəzər RPİ 2-ci PB-nin əməkdaşları tərəfindən aparılan əməliyyat tədbirləri ilə onun 2016-cı il avqustun 13-də Buzovna qəsəbə sakini Rövşən Bayramova məxsus həyətyanı sahədən 6 baş donuz oğurlaması da müəyyən edilib.
Araşdırmalar davam etdirilir.