Bakıda adam oğurlayan dəstənin üzvü ələ keçdi
16 iyul 2017 19:50 (UTC +04:00)

Bakıda adam oğurlayan dəstənin üzvü ələ keçdi

0

Bir müddət əvvəl Bakıda baş vermiş adam oğurluğu cinayəti ilə bağlı axtarışa verilmiş şəxs tutulub. Lent.az xəbər verir ki, polisin keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Cinayət Məcəlləsinin 144.2.3-cü (Adam oğurluğu, qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən törədildikdə) maddəsi ilə axtarışda olan 1988-ci il təvəllüdlü Məmmədov Murad Həmzə oğlu tutulub.

 

Faktla bağlı başlanmış cinayət işinin istintaqı davam etdirilir.

 

Qeyd edək ki, bir müddət əvvəl adam oğurluğu faktına görə dəstənin digər üzvləri tutulmuşdu.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 277

Oxşar yazılar