Bakıda cinayət törətdiklərini görə axtarışda olan şəxslər tutulub. Bakı şəhər baş Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, yanvarın 10-da naməlum maskalı şəxslər Şüvəlan qəsəbəsi Nizami küçəsində yaşayan Akif Həmzəyeivn evinə daxil olub bıçaqla xəsarət yetiriblər. Sonra həyətdə olan «VAZ-2121» markalı avtomobilin hər iki dövlət nömrə nişanını açıb ataraq avtomobili aparıblar. A.Həmzəyev 3 saylı xəstəxanaya yerləşdirilib. Xəzər RPİ CAŞ, 1-ci PB və DİN BDYPİ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində quldurluqda şübhəli bilinən Bakı şəhər sakinləri - Kamran Cəbiyev və Səbuhi Tağıyev Səlyan rayonu ərazisində idarə etdikləri «BMW-X5» markalı avtomobillə saxlanılmışlar, avtomobildən isə 5 qramdan artıq marixuana aşkar edilib.
Cinayətin digər iştirakçısının tapılması istiqamətində əməliyyat tədbirləri davam edir.