Bakıda gecə 6 nəfər liftdə qaldı
04 iyul 2017 07:08 (UTC +04:00)

Bakıda gecə 6 nəfər liftdə qaldı

0

Bakıda liftdə qalmış 6 nəfər xilas edilib.

 

APA TV-nin məlumatına görə, Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakının Xətai rayonunda 6 nəfərin liftdə köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

 

Dərhal nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq liftin qapısını açıb və vətəndaşların çıxmasına şərait yaradıblar. Əməliyyat gecə saat 1.00 radələrində başa çatıb.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 390

Oxşar yazılar