Bakıda gözəllik salonundan 5 min pul oğurlandı
02 yanvar 2018 12:24 (UTC +04:00)

Bakıda gözəllik salonundan 5 min pul oğurlandı

0

Bakıda gözəllik salonundan oğurluq olub.

 

Lent.az-ın DİN-in saytına istinadən məlumatına görə, yanvarın 1-də  saat 1 radələrində Nəsimi rayonu ərazisindəki gözəllik salonlarından birinə gəlmiş naməlum şəxs kassadan içərisində 5000 manat və müxtəlif kartlar olan pulqabını soyğunçuluq yolu ilə aparıb.

 

Aparılmış əməliyyat-axtarış tədbirləri ilə soyğunçuluğu törətməkdə şübhəli bilinən Ağdam rayon sakini Ağadadaş Ağayev Nəsimi RPİ Post Patrul Xidməti Bölüyü və Rayon Mühafizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 383

Oxşar yazılar