Bakıda oğurluq etməkdə şübhəli bilindiyinə görə tutulan Gülnarə Novruzovanın digər cinayət əməlləri də müəyyən edilib. Lent.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, Nəsimi RPİ 21-ci PB-nin və Nərimanov RPİ 16-cı PB-nin əməkdaşları tərəfindən aparılan tədbirlərlə onun mayın 4-də, 19-da və 24-də paytaxt sakinləri olan 3 qadının çantalarından 300 manat, 200 avro və 200 ABŞ dolları, 1000 manat olan pulqabı, habelə sənəd oğurlaması müəyyən edilib.
Araşdırmalar davam etdirilir.