Bakıda iki maşın toqquşdu
27 fevral 2018 06:36 (UTC +04:00)

Bakıda iki maşın toqquşdu

0

Bakının Nərimanov rayonu ərazisində yol qəzası baş verib.

 

APA-nın xəbərinə görə, avtoqəza Heydər Əliyev prospektində qeydə alınıb.

 

"Subaru" markalı avtomobil şəhərin mərkəzindən metronun "Koroğlu" stansiyası istiqamətində hərəkət edən zaman qarşıdakı avtomobillərdən biri sürəti azaldıb. Ara məsafəsinin azaldığını görən "Subaru"nun sürücüsü də sürəti azaltmaq məcburiyyətində qalıb. Ancaq onunla eyni istiqamətdə arxadan gələn "Renault" markalı nəqliyyat vasitəsinin sürücüsü bir anlıq sükana nəzarəti itirib və onun avtomobili zərblə "Subaru"ya çırpılıb.

 

Yol qəzası nəticəsində xəsarət alan olmayıb. Hadisənin təfərrüatları araşdırılır.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 396

Oxşar yazılar