<b>"Liftin şaxtasına düşən şəxsin vəziyyəti ağırdır" - FHN -</b> <span style="color:red;">YENİLƏNİB
14 iyul 2017 08:57 (UTC +04:00)

"Liftin şaxtasına düşən şəxsin vəziyyəti ağırdır" - FHN - YENİLƏNİB

0
 
 
Fövqəladə Hallar Nazirliyi Bakıda liftin şaxtaya düşməsi ilə bağlı məlumat açıqlayıb.
 
 
Lent.az-ın nazirliyin saytına istinadən xəbərinə görə, iyulun 13-də Bakının Xətai rayonu, Məhəmməd Hadi küçəsi 58 A ünvanında tikintisi başa çatmamış yaşayış binasında liftin şaxtasına quraşdırılmış qaldırıcı qurğu qırılıb və nəticədə 1970-ci il təvəllüdlü Mərdiyev Ramiz Feyzi oğlu xəsarət alıb.
 
Yaralı şaxtadan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Xəstənin vəziyyəti ağır kimi qiymətləndirilir.
 
 
***
 
 
13 iyul
 
 
18:03
 
 
Bakıda liftin şaxtaya düşməsi nəticəsində 1 nəfər xəsarət alıb. Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasından APA-ya verilən məlumata görə, xəsarət alan 40-50 yaşlarında kişidir.
 
Ona Respublika Neyrocərrahiyyə Xəstəxanasında ilkin yardım göstərildikdən sonra, 3 saylı şəhər Klinik xəstəxanasına aparılıb.
 
 
17:48
 
 
Bakıda lift şaxtaya düşüb.
 
APA-nın xəbərinə görə, hadisə Xətai rayonu ərazisində qeydə alınıb.
 
Məhəmməd Hadi küçəsi 58 ünvanında yerləşən binada liftin şaxtaya düşdüyü, içərisində adamların olduğu bildirilir.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 451

Oxşar yazılar