Bakıda limandan top mərmisi tapıldı
25 dekabr 2012 10:29 (UTC +04:00)

Bakıda limandan top mərmisi tapıldı

0

Bakıda limandan döyüş sursatı aşkarlanıb. Lent.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi xəbər görə, nazirliyin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Xətai rayonunda, dəniz limanında qazıntı işləri aparılan zaman döyüş sursatının aşkarlanması barədə məlumat daxil olub.

 

Dərhal FHN mütəxəssisləri və müvafiq xilasetmə qüvvələri lazımi tədbirlərin görülməsi üçün hadisə yerinə cəlb edilib, aidiyyəti qurumlar məlumatlandırılıb.

 

Nazirliyin mütəxəssisləri hadisə yerinə baxış keçirən zaman istifadəyə yararsız 1 ədəd 100 mm top mərmisi aşkar edib və aidiyyəti üzrə təhvil veriblər.

 

Həmçinin ərazidə müvafiq təhlükəsizlik tədbirləri görülüb. Axtarış əməliyyatlarının sonunda hadisə yerinə təkrar baxış keçirilib, başqa partlayıcı qurğu və ya hərbi sursat aşkar olunmayıb

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 836

Oxşar yazılar