Bakının Nəsimi rayonunda "Mitsubishi" markalı maşın yanıb.
Lent.az FHN-nin saytına istinadən xəbər verir ki, avtomobilin mühərrikində elektrik avadanlıqları alov alıb. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 01:57-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
İsmayıllının Lahıc qəsəbəsində isə ümumi sahəsi 120 m2 olan kürsülü birmərtəbəli 2 otaqlı evin yanar konstruksiyaları və ev əşyaları yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın saat 07:40-da yanğınsöndürənlər tərəfindən söndürülüb.