Dekabrın 24-ü saat 03:00 radələrində Bakı şəhərinin Suraxanı rayonu ərazisində quldurluq hadisəsi törədilib. Bakı şəhər Baş Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, üzləri bağlı olan 2 naməlum şəxs Əmircan qəsəbəsi Sabir küçəsində yaşayan Kəmalə Şıxıyevanın evinə açıq qapıdan daxil olub və ona bıçaqla hədə-qorxu gəlib. Daha sonra onlar K.Şıxıyevanın bacısı Sənubərin baş nahiyəsindən küt alətlə xəsarət yetirərək pul tələb edib. Keçirilən əməliyyat tədbirləri nəticəsində quldurluqda şübhəli bilinən Bakı şəhər sakinləri 1991-ci il təvəllüdlü Ümid Sultanov və 1992-ci ildə anadan olmuş Vaqif Əsədzadə Suraxanı RPİ Post-Patrul Xidməti Bölüyünün əməkdaşları tərəfindən tutularaq 31-ci PB-yə gətirilib.
Hadisə vaxtı maskalı gənclər K.Şıxıyevanın 12 yaşlı qız nəvəsinə də xəsarətlər yetiriblər.