Bakıda narkobaron ələ keçdi
17 mart 2018 11:15 (UTC +04:00)

Bakıda narkobaron ələ keçdi

0

Respublikanın daxili işlər orqanları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri davam etdirilir.

 

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, bu istiqamətdə həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində martın 17-də ümumi çəkisi 3,5 kiloqramdan artıq müxtəlif növ narkotik vasitə götürülüb.

 

Belə ki, Qaradağ Rayon Polis İdarəsinin 10-cu Polis Bölməsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Lökbatan qəsəbə sakini, əvvəllər məhkum olunmuş Aydın Qulamovdan 2 kiloqram 305 qram marixuana və 857 qram heroin, Mingəçevir Şəhər Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində isə şəhər sakini, əvvəllər məhkum olunmuş Elçin Abduləzimovdan 433 qram marixuana götürülüb.

 

Saxlanılan şəxslər maddi sübutlarla birgə istintaqa təhvil veriliblər.  Faktlarla bağlı cinayət işləri başlanılıb. 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 379

Oxşar yazılar