Bakıda oğurluqla məşğul olan şəxslər tutulub. Lent.az Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət Axtarışı İdarəsi və Nizami RPİ 25-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində sentyabrın 4-5-də rayon ərazisində 6 avtomobildən ehtiyat hissələri (yan güzgülər) və mobil telefon oğurlamaqda şübhəli bilinən paytaxt sakini, əvvəllər məhkum olunmuş Sənan Bəndəlizadə tutulub.
Bundan başqa oğurluq etməkdə şübhəli bilindiyinə görə tutulan Vüsal Səmədovun ətrafında Yasamal RPİ 27-ci PB-nin əməkdaşları tərəfindən aparılan tədbirlərlə onun cari ilin fevral-iyul ayları ərzində rayon ərazisində 3 mağazadan və 1 avtomobildən pul, tütün məmulatı, ərzaq məhsulları və məişət əşyaları oğurlaması müəyyən edilib.
Yasamal RPİ 29-cu PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində isə sentyabrın 5-də rayon ərazisində 1 avtomobildən 1000 manat dəyərində qızıl bilərzik oğurlamaqda şübhəli bilinən Bərdə rayon sakini Emin Adıgözəlov tutulub.