Bakıda quldur dəstəsi yaxalandı
04 aprel 2013 12:03 (UTC +04:00)

Bakıda quldur dəstəsi yaxalandı

0

Bakıda quldurluq edən  dörd nəfər saxlanılıb. Bakı Şəhər Baş Polis İdarəsindən APA-ya verilən məlumata görə, aprelin 3-ü saat 02 radələrində naməlum şəxslər M.Ə.Rəsulzadə qəsəbəsi F.Xoyski küçəsində yerləşən dayanacaqda gözətçi işləyən Elvin Əmrahova bıçaqla hədə-qorxu gələrək işdən çıxmasını tələb edib və qarın nahiyəsindən bıçaqla yüngül xəsarət yetiriblər. Eyni zamanda onun otaq yoldaşı Vadər Heydərovun mobil telefonunu əlindən alıblar. Binəqədi RPİ 4-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində quldurluqda şübhəli bilinən Bakı şəhər sakinləri - Adəm Osmanov, Saleh Əliyev, Ramazan Həsənov və Xaçmaz rayon sakini Rəşad Quliyev aprelin 3-də tutulublar.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1069

Oxşar yazılar