Bakıda quldur dəstəsinin daha bir üzvü tutuldu
27 aprel 2018 11:12 (UTC +04:00)

Bakıda quldur dəstəsinin daha bir üzvü tutuldu

0

 

Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət Axtarışı İdarəsi və Xətai RPİ 35-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluq etmiş daha 2 nəfər tutulub. Lent.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, aprelin 23-də rayon ərazisindəki mağazaların birindən satıcını bıçaq və tapançaya bənzər əşya ilə hədələyərək quldurluq yolu ilə kassadakı 230 manat pulu aparmaqda şübhəli bilinənlər - Bakı şəhər sakinləri Fərid Hacıyev və əvvəllər məhkum olunmuş Fərid Hüseynzadə saxlanılıblar.

 

35-ci Polis Bölməsinin əməkdaşları tərəfindən davam etdirilən əməliyyat tədbirləri ilə dəstənin digər üzvü - Orxan Məmmədli də müəyyən edilərək saxlanılıb.

 

 

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 744

Oxşar yazılar