Bakıda restorandan oğurluq edilib. Lent.az Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, Nizami RPİ 23-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində noyabrın 7-də rayon ərazisindəki restoranlardan birindən musiqi aləti (sintezator) və səsgücləndirici oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Oqtay Quliyev tutulub.
Araşdırma aparılır.