Bakıda törədilən ağır cinayətlərin sayı açıqlandı - HESABAT
18 iyul 2017 17:58 (UTC +04:00)

Bakıda törədilən ağır cinayətlərin sayı açıqlandı - HESABAT

0

Bu gün Bakı şəhər prokurorluğunda mərkəzi aparatın və ərazi rayon prokurorluqları işçilərinin iştirakı ilə 2017-ci ilin I yarımilində qanunçuluğun və hüquq qaydalarının möhkəmləndirilməsi, cinayətkarlığa qarşı mübarizənin gücləndirilməsi, insan və vətəndaş hüquq və azadlıqlarının qorunması sahəsində görülmüş işlərin vəziyyəti və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş geniş əməliyyat müşavirəsi keçirilib. Bakı şəhər Prprokurorluğundan Lent.az-a verilən məlumata görə, müşavirədə geniş məruzə ilə çıxış edən Bakı şəhər prokuroru İlqar Abbasov bildirib ki, hesabat dövründə şəhər prokurorluğu tərəfindən cinayətkarlığa və hüquq pozuntularına qarşı mübarizə sahəsində şəhərin digər hüquq mühafizə orqanları ilə əlaqəli şəkildə fəaliyyət göstərərək müsbət nəticələr əldə edilib. Qeyd olunub ki, 2017-ci ilin I yarımilində 6644 cinayət hadisəsi qeydə alınıb, ötən ilin müvafiq dövrü ilə müqayisədə onların açılma faizi 0,3% artaraq 79,9 %, ağır və xüsusilə ağır cinayətlərin sayı 38 hadisə və ya 3,4% azalaraq 1070 olub.

Hesabat dövründə qeydə alınmış 31 qəsdən adam öldürmə cinayətinin (2016-cı ilin müvafiq dövründə həmin sayda), o cümlədən qeyri-aşkarlıq şəraitində törədilmiş qəsdən adam öldürmə cinayətlərinin, eləcə də 7 qəsdən adam öldürməyə cəhd cinayətinin (2016-cı ilin müvafiq dövründə 13 hadisə) açılması təmin edilib.

2017-ci ilin birinci yarımilində qəsdən adam öldürmə cinayətlərinin sayı sabit qalıb, qəsdən adam öldürməyə cəhd cinayətlərinin sayı isə azalıb ki, bu da Azərbaycanda ictimai-siyasi sabitliyin təmin edilməsi sahəsində aparılan işlərin göstəricilərindən biridir.

Hesabat dövründə isə 38 quldurluq hadisəsi, yəni ötən ilin müvafiq dövrü ilə müqayisədə 10 hadisə az baş verib, onlardan 7-si bağlı qalıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 276

Oxşar yazılar