Bakıda və Qazaxda yanğın olub
01 yanvar 2018 11:14 (UTC +04:00)

Bakıda və Qazaxda yanğın olub

0
 
Bakıda və Qazax rayonunda yanğın hadisələri baş verib.
 
Lent.az-ın FHN-in saytına istinadən verdiyi məlumata əsasən, Bakı şəhəri, Xətai rayonunda ümumi sahəsi 100 m² olan birmərtəbəli, 7 otaqlı evin 4 otağının yanar konstruksiyaları və ev əşyaları 40 m² sahədə yanıb.
 
Evin qalan hissəsi və bitişik evlər yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.
 
Qazax rayonu, Çaylı kəndində isə ümumi sahəsi 120 m² olan birmərtəbəli, 5 otaqlı evin dam örtüyünün yanar konstruksiyaları 24 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.
 
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 426

Oxşar yazılar