
Bakıda velosipedçini vurub qaçan sürücü saxlanıldı
Oktyabrın 2-də saat 9 radələrində Nərimanov rayonunun H.Əliyev prospektində müəyyən edilməmiş avtomobillə yolun kənarı ilə velosiped sürən Bakı şəhər sakini C.Həsənov vurulub.
Lent.az-a Daxili İşlər Nazirliyindən verilən xəbərə görə, nəticədə velosipedçiyə xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra buraxılıb.
Nərimanov rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsini törədərək hadisə yerindən yayınmaqda şübhəli bilinən “Volkswagen” markalı avtomobilin sürücüsü, Bakı şəhər sakini E.Cəfərov saxlanılıb.
***
Qusar rayon Polis Şöbəsinə müraciət edən kənd sakini A.Səmədov oktyabrın 19-da Quxuroba kəndinin ərazisində “QAZel” markalı avtomobilinin qaçırılmasını bildirib.
Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Cağar kənd sakini olan bir yeniyetmə saxlanılıb.
Oxşar yazılar

Gəlin toyuna bir neçə saat qalmış öldü
6 may 2025 , 22:26
Ruben Vardanyanın məhkəməsində zərərçəkənlər ifadə veriblər
6 may 2025 , 19:53
Abşeronda DƏHŞƏT: 23 yaşlı qız özünü asdı
6 may 2025 , 19:33
Evə gec gələn bacısını vəhşicəsinə döydü
6 may 2025 , 18:10
Bakıda həbsdə olan avtoritet ev dustaqlığına buraxıldı
6 may 2025 , 17:54
Ağdaşda tələbəni maşın vurub öldürdü
6 may 2025 , 17:37
Bakıda evdən meyit tapıldı
6 may 2025 , 17:28