<b>Dünənki yanğında xəsarət alan polis mayoru xəstəxanaya yerləşdirilib</b>
11 noyabr 2017 13:00 (UTC +04:00)

Dünənki yanğında xəsarət alan polis mayoru xəstəxanaya yerləşdirilib

0

Bakıda dünən yaşayış binasında baş vermiş yanğında polis əməkdaşı xəsarət alıb.

 

Lent.az-ın Daxili İşlər Nazirliyin saytına istinadən məlumatına görə, noyabrın 10-da saat 21.55 radələrində Binəqədi rayonunun F.Məlikov küçəsindəki binalardan birinin girişindəki elektrik lövhəsində qısaqapanmadan yanğın baş verib. Nəticədə 24 metr kabel yanıb. FHN-in Yanğından Mühafizə Xidməti və polis əməkdaşları tərəfindən 40 nəfər təxliyə olunub, tüstüdən zəhərlənən 2 nəfərə xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra buraxılıb.

 

Binəqədi rayon Polis İdarəsinin 5-ci Polis Bölməsinin sahə rəisi, polis mayoru Gülaga Seyidov isə DİN-in Hospitalına yerləşdirilib, vəziyyəti qənaətbəxşdir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 295

Oxşar yazılar