Balakəndə avtomobili qaçırıb yandırdılar
02 may 2013 12:45 (UTC +04:00)

Balakəndə avtomobili qaçırıb yandırdılar

0

Mayın 1-də saat 01.40 radələrində Balakən rayonunda avtomobil qaçırılıb. Lent.az-ın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Katex kənd sakini İsa Qalayçıyev həmkəndlisi İbrahim Xınsova məxsus "QAZ-33021" markalı avtomaşını icazəsiz sürərək aparıb. O, sonradan qaçırdığı maşını qəsdən yandırıb.

Balakən RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində İ.Qalayçıyev tutulub.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 763

Oxşar yazılar