Bazara heyvan aparan sakini "Qazel" vurdu
09 iyul 2017 07:59 (UTC +04:00)

Bazara heyvan aparan sakini "Qazel" vurdu

0

Gədəbəydə bazara heyvan aparan kənd sakinini maşın vurub.

 

APA-nın qərb bürosunun verdiyi xəbərə görə, hadisə rayonun Arıqdam kəndinə gedən yolda qeydə alınıb. Kənd sakini 1970-ci il təvəllüdlü İsgəndərov Cəmil Vəli oğlu bazara heyvan apararkən hərəkətdə olan “Qazel” markalı avtomobil tərəfindən vurulub.

 

Müxtəlif dərəcəli bədən xəsarətləri alan C.İsgəndərov xəstəxanaya yerləşdirilib, vəziyyətinin orta ağır olduğu bildirilir.

 

 

Faktla bağlı Gədəbəy Rayon Polis Şöbəsində araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 403

Oxşar yazılar