Bərdədə oğul atasının evindən oğurluq etdi
02 noyabr 2017 07:38 (UTC +04:00)

Bərdədə oğul atasının evindən oğurluq etdi

0

Bərdə rayonunda 17 yaşlı oğlan öz evlərindən oğurluq edib.

 

APA TV-nin məlumatına görə, rayon sakini Fərhad Həsənov Bərdə Rayon Polis Şöbəsinə  müraciət edərək evindən 1700 ABŞ dolları və 300 manat oğurlanması barədə məlumat verib. Bərdə Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən aparılan araşdırmalar zamanı məlum olub ki, evdən oğurluq edən şəxs onun 17 yaşlı oğlu Mədət Həsənovdur.

 

Mədət Həsənov ilkin dindirmələr zamanı əməlini etiraf edərək evdən yalnız 1400 ABŞ dolları oğurladığını, atasının verdiyi şikayət ərizəsinin şişirdilmiş olduğunu bildirib.

 

 

Faktla bağlı Bərdə Rayon Polis Şöbəsində cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 314

Oxşar yazılar