Binada yanğın, 10 sakin təxliyə olundu
14 aprel 2018 21:16 (UTC +04:00)

Binada yanğın, 10 sakin təxliyə olundu

0

Bakıda yanğın olub. Lent.az-ın FHN-in saytına istinadən verdiyi xəbərə görə, yanğın paytaxtın Xətai rayonunda binanın zirzəmisində ümumi sahəsi 9 m2 olan köməkçi tikilidə baş verib. Nəticədə tikilidə quraşdırılmış elektrik lövhəsində 45 ədəd elektrik sayğacı və 10 p.m elektrik kabeli yanıb. Yanğın zamanı yuxarı mərtəbələrdən 10 nəfər bina sakini təxliyyə olunub. Mənzillər və zirzəmidə olan avtomobillər yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.​

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 389

Oxşar yazılar