Binada yanğın: 8 sakin təxliyə olundu
04 iyul 2017 22:43 (UTC +04:00)

Binada yanğın: 8 sakin təxliyə olundu

0

Bakıda yaşayış binasında yanğın olub. Lent.az-ın FHN-nin saytına istinadən verdiyi xəbərə görə, yanğın paytaxtın Xətai rayonunda çox mərtəbəli yaşayış binasının 18-ci mərtəbəsində vətəndaşa məxsus ümumi sahəsi 100 m2 olan 2 otaqlı mənzildə baş verib. Nəticədə mənzilin mətbəxində 1 ədəd kondisioner,  televizor və divan-kreslo yanıb. Yüksək temperaturdan  mətbəxin 1 ədəd plastik pəncərə çərçivəsi 3 m2 sahədə və hamamın lambirdən ibarət tavanı 6 m2 sahədə əriyib. Yanğın zamanı mənzillərdən 8 nəfər sakin yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyyə olunub. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub.  

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 385

Oxşar yazılar