Binə Ticarət Mərkəzində daha bir yanğın
20 fevral 2013 10:41 (UTC +04:00)

Binə Ticarət Mərkəzində daha bir yanğın

0

 

Binə Ticarət Mərkəzində yanğın hadisəsi baş verib. Lent.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Qaradağ rayonunda yerləşən “Binə” Ticarət Mərkəzinin ərazisində vətəndaşa məxsus ümumi sahəsi 80 kv.m olan mağazanın dam örtüyünün yanar konstruksiyaları 3 kv.m sahədə yanıb. Mağazanın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 08:58-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

                  

Qeyd edək ki, bu hadisə son günlər Binə Ticarət Mərkəzində qeydə alınmış 3-cü yanğın olayıdır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1193

Oxşar yazılar