Buzovnada qaçırılan avtomobil Salyanda tapıldı
03 iyul 2017 14:30 (UTC +04:00)

Buzovnada qaçırılan avtomobil Salyanda tapıldı

0

Bakıda qaçırılmış avtomobil tapılıb. Lent.az Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, iyulun 2-də Bakı şəhər sakini Ayxan Dadaşov Xəzər RPİ 2-ci PB-yə müraciət edərək iyulun 1-də Buzovna qəsəbəsi ərazisindən "Renault" markalı avtomobilinin qaçırıldığını bildirib.

 

DİN-in Təhlükəsiz Şəhər Xidmətinin əməkdaşları tərəfindən qeyd edilən avtomobilin həmin gün Salyan rayonu ərazisində hərəkətdə olması müəyyən edilib.

 

Görülən tədbirlərlə avtomobil Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən Salyan rayonu ərazisində saxlanılıb, onu idarə edən rayon sakini Rəsul İlyasovla birlikdə Xəzər RPİ 2-ci PB-yə təhvil verilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 311

Oxşar yazılar