Cəlilabadda polisi bıçaqladılar
20 dekabr 2012 12:25 (UTC +04:00)

Cəlilabadda polisi bıçaqladılar

0

Hadisəni törədən şəxs könüllü olaraq təslim olub

 

Dekabrın 19-da Cəlilabad rayonunda polis serjantı bıçaqlanıb. Lent.az-ın anspress-ə istinadən verdiyi məlumata görə, 27 yaşlı Çingiz Balaxan oğlu Fərəcov ilə 24 yaşlı Murad Səfərxan oğlu İbadovun arasında mübahisə yaranıb. Tərəflər mübahisəni çay evlərindən birində həll etmək qərarına gəlib. Lakin yaranan mübahisə sonda qanla nəticələnib. Çay evindən çıxarkən Murad həmyerlisi Çingizə qəfildən kürək və döş nahiyəsinə dalbadal 7 bıçaq zərbəsi endirib. Sonradan isə hadisə yerindən qaçıb. Yaralı vəziyyətdə yerə yıxılan Çingiz Fərəcovu çay evinin işçiləri Cəlilabad rayon Müalicə və Diaqnostika Mərkəzinə çatdırıblar. Çingiz Fərəcovun durumu ağır olduğundan dərhal cərrahiyə əməliyyatına götürülüb.

Hadisənin baş verməsinə səbəb köhnə ədavət olub. Belə ki, Çingiz bir müddət əvvəl onu bıçaqlayan Muradın bacısını sevirmiş. Lakin Çingiz sonradan fikrini dəyişərək, başqa qadınla ailə qurub. Buna görə onların arasında ədavət yaranıb. Cinayəti törədən Murad hadisə yerindən qaçsa da, sonradan könüllü olaraq Cəlilabad rayon polis şöbəsinə gələrək təslim olub.

 

Qeyd edək ki, bıçaqlanan Çingiz Fərəcov Lənkəran şəhər Polis Şöbəsinin serjantıdır. Faktla bağlı Cəlilabad rayon polis şöbəsində araşdırmalara başlanılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1116

Oxşar yazılar