<b>Daşın içində narkotik vasitə aşkarlandı</b>
27 fevral 2019 19:00 (UTC +04:00)

Daşın içində narkotik vasitə aşkarlandı

Gömrük əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri nəticəsində narkotik qaçaqmalçılığına yönəlmiş iki cəhdin qarşısı alınıb. Bu barədə Lent.az-a Dövlət Gömrük Komitəsindən bildirilib.
 
Verilən məlumata görə, Şahtaxtı gömrük-sərhəd buraxılış məntəqəsindən keçməklə Naxçıvan Muxtar Respublikasına gələn 1979-cu il təvəllüdlü İran vətəndaşı Golsanamlou Peiman Moharram oğlunun idarə etdiyi 15 A 827 dövlət nömrə nişanlı "Renault" markalı yük maşınına rentgen qurğusu vasitəsilə gömrük baxışı həyata keçirilən zaman daş yükünün içərisində şübhəli təsvirlər müəyyən olunub.
 
15 A 838 nömrə nişanlı qoşquya yüklənmiş mərmərin içərisindəki şübhəli daşa gömrükçülər tərəfindən fiziki baxış həyata keçirilib. Bu zaman 4 ədəd plastik butulkaya yığılmaqla həmin daşın içinə yerləşdirmə üsulu ilə gizlədilmiş 8 kq 169 qram narkotik vasitə - tiryək aşkar edilərək götürülüb.
 
Narkotik gizlədilmiş avtonəqliyyat vasitəsinin Naxçıvan Muxtar Respublikası ərazisindən tranzit keçməklə Türkiyə Respublikası üzərindən Avropaya gedəcəyi müəyyən olunub.
 
Digər bir narkotik qaçaqmalçılığı faktı isə Culfa sərhəd-keçid məntəqəsində qeydə alınıb. Belə ki, 1978-ci il təvəllüdlü Azərbaycan Respublikası vətəndaşı Həsənova Nəzakət Qafar qızı Naxçıvan Muxtar Respublikasına gələrkən şübhəli şəxs qismində saxlanılaraq şəxsi yoxlamaya cəlb olunub. Onun bədən üzvündən 46,8 qram həşiş, 21,2 qram marixuana, 4,6 qram metamfetamin aşkarlanaraq götürülüb.
 
Hər iki fakt üzrə Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin İstintaq bölməsi tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2 (qaçaqmalçılıq yolu ilə narkotik vasitələrin gömrük nəzarətindən kənar və ya ondan gizli keçirilməsi) maddəsi ilə cinayət işi açılıb.
 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 738

Oxşar yazılar

“Meydan TV” işi üzrə  daha bir jurnalist saxlanıldı

“Meydan TV” işi üzrə daha bir jurnalist saxlanıldı

7 may 2025 , 08:14
Gəlin toyuna bir neçə saat qalmış öldü

Gəlin toyuna bir neçə saat qalmış öldü

6 may 2025 , 22:26
Ruben Vardanyanın məhkəməsində zərərçəkənlər ifadə veriblər

Ruben Vardanyanın məhkəməsində zərərçəkənlər ifadə veriblər

6 may 2025 , 19:53
Abşeronda  DƏHŞƏT:  23 yaşlı qız özünü asdı

Abşeronda DƏHŞƏT: 23 yaşlı qız özünü asdı

6 may 2025 , 19:33
Evə gec gələn bacısını vəhşicəsinə döydü

Evə gec gələn bacısını vəhşicəsinə döydü

6 may 2025 , 18:10
Bakıda həbsdə olan avtoritet  ev dustaqlığına buraxıldı

Bakıda həbsdə olan avtoritet ev dustaqlığına buraxıldı

6 may 2025 , 17:54
Ağdaşda tələbəni  maşın vurub öldürdü

Ağdaşda tələbəni maşın vurub öldürdü

6 may 2025 , 17:37
Bakıda evdən meyit tapıldı

Bakıda evdən meyit tapıldı

6 may 2025 , 17:28