Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
12 noyabr 2026 15:23 (UTC +04:00)

Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB

0

Bakıda avtomobillərin körpüdən aşaraq qəza törətməsi adi hala çevrilib. Təəssüf ki, bu tip xəbərlər artıq insanlarda təəccüb doğurmur.

Bəs görəsən, problem təkcə sürücülərdədirmi? Körpülərin sədləri standartlara uyğundurmu? Avtomobillər oradan necə aşa bilirlər?

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən Lent.az-ın sorğusuna cavab olaraq bildirilib ki, körpü və yolötürücülərinin layihələndirilməsi və tikintisi qüvvədə olan tikinti norma və qaydalarına, eləcə də müvafiq texniki standartların tələblərinə uyğun həyata keçirilir:

“Hərəkət təhlükəsizliyinin təmin edilməsi məqsədilə körpülərdə qoruyucu metal və beton baryerlər quraşdırılır.

Eyni zamanda, Agentlik tərəfindən körpü və yolötürücülərinin texniki vəziyyətinin mütəmadi qiymətləndirilməsi məqsədilə instrumental müayinələr aparılır və nəticələrə uyğun olaraq zəruri tədbirlər görülür”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 122

Oxşar yazılar