[b]Daşkəsəndə meşə yanğını söndürülüb -[/b] FHN
31 oktyabr 2017 09:05 (UTC +04:00)

[b]Daşkəsəndə meşə yanğını söndürülüb -[/b] FHN

0

Daşkəsən rayonu, Dəstəfur kəndində 8 ha meşə ağacları və kol-kos yanıb.

 

Lent.az-ın FHN-nin saytına istinadən xəbərinə görə, meşə təsərrüfatının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb. 

 

***

 

30 oktyabr

 

Oktyabrın 30-u, axşam saat 18:30 radələrində  Daşkəsən Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin Dəstəfur meşəbəyliyinin 1 saylı dolayının ərazisində yanğın hadisəsi baş verib.

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, yanğının söndürülməsi üçün əraziyə dərhal Ekologiya və Təbii Sərvətlər və Fövqəladə Hallar Nazirliklərinin əməkdaşları cəlb olunub.

 

Güclü və isti külək olmasına baxmayaraq hazırda yanğının söndürülməsi üçün  operativ tədbirlər davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 557

Oxşar yazılar