
Bakı polisində YENİ TƏYİNATLAR
Paytaxın bir sıra şöbə və bölmələrinin rəis müavinləri vəzifələrinə təyinatlar olub.
Məlumatı Bakı şəhər BPİ-nin Mətbuat Xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev Lent.az-a təsdiqləyib. Belə ki, Bakı Şəhər Baş Polis İdarəsinin rəisi, polis general-mayoru Mirqafar Seyidovun əmri ilə polis baş leytenantı Nicat Məmmədov Xəzər Rayon Polis İdarəsinin (RPİ) 1-ci Polis Şöbəsinin, polis polkovnik-leytenantı Əli Həsənov Suraxanı Rayon Polis İdarəsinin 31-ci Polis Bölməsinin, polis mayoru Şahbaz Səfərov Suraxanı Rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsinin, polis kapitanı Eyvaz Mürvələdov Xətai Rayon Polis İdarəsinin 34-cü Polis Şöbəsinin, polis mayoru Xəyal Kazımov Səbail Rayon Polis İdarəsinin 39-cu Polis Bölməsinin rəis müavinləri vəzifələrinə təyin ediliblər.
Oxşar yazılar
Narkotik becərmək üçün 4 tunel qazıb - Saatlıdan ŞOK GÖRÜNTÜLƏR
15 avqust 2025 , 14:32
"Öldürülən qardaşımın nəşi indiyədək tapılmayıb" - Ermənilərin məhkəməsi
15 avqust 2025 , 14:14
Rusiya Ukrayna ordusunun azərbaycanlı hərbçisini əsir götürdü
15 avqust 2025 , 13:48
Qadını öz avtomobili əzib öldürdü - Görün necə?
15 avqust 2025 , 13:33Pomidor-xiyarın arasında narkotik əkmişdi, saxlanıldı - VİDEO
15 avqust 2025 , 13:23Azərbaycanda istehsal olunan yüzlərlə "Coca-Cola" küçəyə atıldı
15 avqust 2025 , 12:05
Bakıda maşın daha bir piyadanı vurub öldürdü
15 avqust 2025 , 11:21