Dayısı oğluna atəş açdı
16 fevral 2013 23:18 (UTC +04:00)

Dayısı oğluna atəş açdı

0

Ağsu rayon sakini güllələnib. APA-nın məlumatına görə hadisə bu gün rayonun İlxıçı kəndində qeydə alınıb. Bakı sakini 1971-ci il təvəllüdlü Kərimov Vüqar Fərhad oğlu qonaq gəldiyi İlçıxı kəndində ov tüfəngindən atəş açaraq dayısı oğlu 1966-cı il təvəllüdlü Məmmədov Aslan Məmməd oğluna xəsarət yetirib. Hadisə Aslan Məmmədovun yaşadığı evin həyətində baş verib. Aslan Məmmədov Ağsu rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

 

Hadisənin ehtiyatsızlıq səbəbindən baş verdiyi bildirilir.

 

Faktla bağlı rayon polis şöbəsi tərəfindən araşdırma aparılır.   

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1337

Oxşar yazılar