DİN artıq “instagram”da
02 aprel 2018 16:58 (UTC +04:00)

DİN artıq “instagram”da

0

Aprelin 1-dən Daxili İşlər Nazirliyinin rəsmi “İnstagram” səhifəsi fəaliyyətə başlayıb. Lent.az xəbər verir ki, bu barədə DİN-in mətbuat xidməti məlumat yayıb.

 

Səhifədə daxili işlər orqanlarında baş verən yeniliklər, hüquqi və struktur islahatları, keçirilən maarifləndirici, profilaktiki tədbirlər, açılan cinayət hadisələri barədə xəbərlərin operativ və obyektiv yayımının təşkili nəzərdə tutulub. “Azerbaycan.din” adı ilə yaradılan səhifəyə nəzər salmaqla daxili işlər orqanlarının cinayətkarlıqla mübarizədə, ictimai təhlükəsizliyin təminində, əməliyyat, xidməti fəaliyyəti, fiziki, döyüş və peşə hazırlığı, beynəlxalq əlaqələri, əməkdaşların elm, təhsil, mədəniyyət, idman və digər sahələrdə qazandığı uğurlar, eləcə də, həyata keçirilən profilaktiki tədbirlər, ictimaiyyətlə görüşləri və digər mövzularda müxtəlif səpkili materiallarla tanış olmaq mümkündür.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 451

Oxşar yazılar