DİN Lerikdəki hadisə ilə bağlı məlumat yaydı
05 iyul 2017 12:23 (UTC +04:00)

DİN Lerikdəki hadisə ilə bağlı məlumat yaydı

0

Daxili İşlər Nazirliyi Lerik rayonunda meşə təsərrüfatı işçilərinin üzləşdiyi hadisə ilə bağlı məlumat yayıb. Lent.az nazirliyin mətbuat xidmətinə istinadən xəbər verir ki, iyulun 2-nə keçən gecə Lerik rayonunun Gəgiran kəndinin meşə zolağında 3 naməlum şəxs xuliqanlıq zəminində Lerik rayon meşə mühafizəsi və bərpası müəssisəsinin müdiri Eyvaz Babayevə və gözətçi Adıgözəl Cavadova dəmir parçası ilə xəsarət yetiriblər.

 

Faktla əlaqədar cinayət işi başlanılıb.

 

Lerik RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən kənd sakinləri Rövşən Novruzov, qardaşı İdris və onun oğlu Aqil tutulublar.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 345

Oxşar yazılar