Daxili İşlər Nazirliyi dekabrın 12-də Bakıda polislərin bıçaqlanması olayı ilə bağlı məlumat yayıb. Lent.az-ın nazirliyin saytına istinadən verdiyi məlumata görə, Xəzər RPİ əməkdaşları tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185-ci (talama məqsədi olmadan qanunsuz olaraq avtomobil və ya başqa nəqliyyat vasitəsini ələ keçirmə) maddəsi ilə axtarışda olan Masallı rayon sakini Ramin Eynalovun Mərdəkan qəsəbəsinin ərazisindəki yeni tikilmiş evlərdən birində yaşayan qardaşı Sahibin evində gizlənməsi müəyyən edilib. R.Eynalovun tutulması üçün həmin ünvana 3 nəfərdən ibarət əməliyyat qrupu gəlib. R.Eynalov saxlanılarkən qardaşı Sahiblə birgə bıçaq və küt alətlərlə polis əməkdaşlarına hücum edib və onlara xəsarət yetirib. Sonradan R.Eynalov bıçaqla özünə qarın nahiyəsindən xəsarət yetirib.
Görülmüş tədbirlər nəticəsində Sahib tutulub, R.Eynalov isə xəstəxanaya yerləşdirilib. Araşdırma aparılır.
DİN polislərin bıçaqlanması ilə bağlı məlumat yaydı
0
0
0
0