DİN sanatoriyada qadının güllələnməsi barədə məlumat yaydı
29 mart 2018 11:48 (UTC +04:00)

DİN sanatoriyada qadının güllələnməsi barədə məlumat yaydı

0

Daxili İşlər Nazirliyi Naftalanda törədilmiş qətllə bağlı məlumat yayıb. Lent.az nazirliyin mətbuat xidmətinə istinadən xəbər verir ki, martın 28-də Naftalan şəhərindəki “Sehirli Naftalan” sanatoriyasının inzibati binasında Goranboy rayon sakini Əli Hüseynov münaqişə zəminində tüfəngdən açdığı atəşlə orada qeydiyyatçı işləyən Günay Zeynalovaya xəsarət yetirib. Xəstəxanaya yerləşdirilmiş G.Zeynalova ölüb.

 

Polis və prokurorluq orqanları əməkdaşlarının keçirdikləri istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində Ə.Hüseynov saxlanılıb. Hadisəni törədərkən istifadə etdiyi qundağı kəsilmiş “İJ” markalı tüfəng ondan götürülüb.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 398

Oxşar yazılar