Dörd otaqlı ev və VAZ yandı
03 noyabr 2017 01:15 (UTC +04:00)

Dörd otaqlı ev və VAZ yandı

0

Zaqatala və Tərtərdə yanğın hadisəsi qeydə alınıb.  Lent.az-ın FHN-nin saytına istinadən verdiyi xəbərə görə, Zaqatala rayonu, Bazar kəndində ümumi sahəsi 158 m2 olan birmərtəbəli 4 otaqlı evin çardağının yanar konstruksiyaları 158 m2 sahədə, mətbəx və hamam otağı 11 m2 sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.  

 

Tərtər rayonu, Qaradağlı kəndində “VAZ” markalı minik avtomobilinin mühərrikində elektrik avadanlıqları yanıb. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 307

Oxşar yazılar