Dünən baş verən yol qəzalarında iki piyada ölüb
10 iyul 2017 13:52 (UTC +04:00)

Dünən baş verən yol qəzalarında iki piyada ölüb

0

Ağdam rayonunun Quzanlı qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

 

Lent.az-ın Daxili İşlər Nazirliyinin ( DİN ) saytına istinadən məlumatına görə, iyulun 9-da saat 4.00 radələrində baş verən qəza zamanı Yüzbaşlı kənd sakini Mehman Kazımov idarə etdiyi "VAZ-2106" markalı avtomobillə yolu keçən Soltan Bayramovu vurub. Piyada xəstəxanaya aparılarkən yolda ölüb. 
 

 

Bundan başqa, ötən gün saat 19 radələrində Gədəbəy rayonunun Yenikənd kəndində Nicat Şirinov evinin həyətində "VAZ-2106" markalı avtomobili idarə edərkən ehtiyatsızlıqdan həmkəndlisi Tərlan İbrahimovanı vurub. Xəstəxanaya yerləşdirilən T.İbrahimova orada ölüb. 


Hər iki faktla bağlı  araşdırma aparılır. 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 398

Oxşar yazılar