Dünya bu gün
18 dekabr 2012 08:00 (UTC +04:00)

Dünya bu gün

0

 

18 dekabr. İlin sonuna 13 gün qalır.

 

1412 Qaraqoyunlu hökmdarı Qara Yusif Kür çayı sahilindəki döyüşdə Şirvanşah I İbrahim və onun müttəfiqlərini məğlub edib

 

1787 Nyu-Cersi ABŞ-ın üçüncü ştatı kimi onun tərkibinə daxil olub

 

1894 Avstriyada qadınlar seçki hüququ əldə edib

 

1903 Panama kanalı daimi olaraq ABŞ-ın nəzarəti altına keçib

 

1910 ABŞ Konqresi savadsız mühacirlərin ölkəyə gəlməsini qadağan edib

 

1917 Türkiyə və Sovet Rusiyası arasında Ərzincan müqaviləsi imzalanıb

 

1925 Moskvada ÜİK(b)P-nin 14-cü qurultayı işə başlayıb

 

1940 Hitler SSRİ-yə hücum barədə "Barbaros planı"nı təsdiq edib

 

1946 Beynəlxalq Valyuta Fondu (İMF) fəaliyyətə başlayıb

 

1953 İlk rəngli televiziya yayımı həyata keçirilib

 

1956 Yaponiya BMT-yə üzv olub

 

1969 Böyük Britaniyada ölüm hökmü ləğv edilib

 

1970 Katolik kilsəsinin müqavimətinə baxmayaraq, İtaliya hökuməti boşanmaya icazə verən qanunu qəbul edib

 

1989 Rumıniyada Nikolae Çauşesku rejiminə qarşı çıxışların etirazı amansızlıqla yatırılıb

 

1997 Azərbaycan Respublikası Prezidenti Heydər Əliyev "1948-1953-cü illərdə azərbaycanlıların Ermənistan SSR ərazisindəki tarixi-etnik torpaqlarından kütləvi surətdə deportasiyası haqqında" fərman (656 saylı) imzalayıb

 

2003 İran nüvə silahının yayılmaması haqqında Sazişin əlavə protokolunu imzalayıb

 

2009. “Bakı - İslam Mədəniyyətinin Paytaxtı - 2009” mədəniyyət ilinin təntənəli bağlanış mərasimi keçirilib

 

2010. Bakı aeroportunda 1804 karat brilyant müsadirə edilib.

 

Günün aforizmi

 

“SSRİ Nazirlər Sovetinin 1947-ci il 23 dekabr tarixli 4083 nömrəli və 1948-ci il 10 mart tarixli 754 nömrəli qərarları Azərbaycan xalqına qarşı növbəti tarixi cinayət aktı olmuşdur”.

 

Azərbaycan prezidentinin 656 saylı fərmanından

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 806

Oxşar yazılar