"Müraciətlərdən çoxu müsbət rəy alıb" -<span style="color:red;"> Əfv Komissiyasının üzvü
07 may 2018 18:07 (UTC +04:00)

"Müraciətlərdən çoxu müsbət rəy alıb" - Əfv Komissiyasının üzvü

Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının iclası keçirilib.

 

Lent.az- a bu barədə komissiyanın üzvü Rəşad Məcid məlumat verib.

O, bildirib ki, bu gün iclasda 100 müraciətə baxılıb.  Müraciətlərdən yarısından çoxu müsbət rəy alıb.

Rəşad Məcid qeyd edib ki, artıq 1000-ə yaxın müraciətə baxılıb.

Qeyd edək ki, komissiyanın iclasları yekunlaşandan sonra əfv olunacaq şəxslərin siyahısı Prezidentə təqdim olunacaq. Əfv sərəncamının Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ərəfəsində imzalanacağı gözlənilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 357

Oxşar yazılar