Bu gün səhər saatlarında Binəqədi rayon Polis İdarəsinin əməkdaşları Nəsimi rayon ərazisində ABU-nun keçmiş müəllimi Şakir Xəlil oğlu Həşimovu həbs edib. Lent.az-ın məlumatına görə, bu barədə vesti.az saytı xəbər yayıb.
Xəbərə görə, Həşimov ABU-nun keçmiş rektoru Elşad Abdullayevin işi üzrə təqsirləndirilən şəxsdir. Onun barəsində CM-in 178.3.2 maddəsi ilə (külli miqdarda dələduzluq) 3 ay bundan qabaq axtarış elan olunubmuş. İlkin məlumatlara görə, tələbələrdən aldatma yolu ilə 80 min manata qədər vəsait toplamaqda itttiham olunur.