Evdən qadın meyiti aşkarlanıb
23 aprel 2013 21:14 (UTC +04:00)

Evdən qadın meyiti aşkarlanıb

0

Ucarda evdən qadın meyiti tapılıb. APA–nın yerli bürosunun məlumatına görə, Ucar şəhər sakini, Heydər Əliyev prospekti 89 ünvanında yaşayan 79 yaşlı Əhmədova Sara Həsən qızının meyiti bu gün günorta saatlarında öz yaşadığı evində aşkarlanıb.

Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya birliyinin Ucar rayon  şöbəsinin rəisi Rauf İsmayılovun APA–ya  verdiyi məlumata görə, mərhum evdə tək yaşayıb, təxminən 3 gün bundan qabaq öz evində dünyasını dəyişib və qonşuların məlumatından sonra öz evində aşkarlanıb.

Üzərində heç bir zorakılıq əlaməti müşahidə olunmayıb.

Faktla bağlı Ucar rayon Prokurorluğunda araşdırma aparılır.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1746

Oxşar yazılar