Evinin pilləkənindən yıxılaraq öldü
19 dekabr 2017 21:15 (UTC +04:00)

Evinin pilləkənindən yıxılaraq öldü

0

Ağdam rayonunda 62 yaşlı qadın evinin pilləkənindən yıxılaraq ölüb. APA-nın Qarabağ müxbirinin xəbərinə görə, hadisə Ağdamın Mirəşelli kəndində baş verib. Kənd sakini  Rüstəmova Dilarə Rza qızı ikimərtəbəli evin pilləkənindən yıxılaraq xəsarət alıb. Hadisə yerinə təcili yardım çağırılsa da, D. Rüstəmovanın həyatını xilas etmək mümkün olmayıb.

 

Faktla bağlı hüquq-mühafizə orqanları araşdırma aparır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 321

Oxşar yazılar