
Evlərdən külli miqdarda oğurluq edənlər saxlanıldı
Oğurluq etdiyinə görə tutulan R.Meybullayevin ətrafında Binəqədi rayon Polis İdarəsi 43-cü Polis Bölməsinin əməkdaşları əməliyyat tədbirləri aparıblar.
Lent.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, nəticədə onun avqustun 23-dən sentyabrın 20-dək olan müddətdə rayon ərazisindəki 3 evdən noutbuk, mobil telefon, elektrik naqili, geyim və bəzək əşyaları oğurlaması da müəyyən edilib.
Suraxanı rayon Polis İdarəsi 30-cu Polis Şöbəsinin əməkdaşları oğurluq faktı ilə bağlı əməliyyat-axtarış tədbirləri keçiriblər. Nəticədə rayon ərazisindəki 4 evdən pul və məişət əşyaları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini R.Nəhmətov və Ağcabədi rayon sakini R.Kərimov saxlanılıblar.
Qusar rayon Polis Şöbəsinin əməkdaşları oğurluq etdiyinə görə tutulmuş Ş.Əfəndiyevin ətrafında əməliyyat tədbirləri aparıblar. Nəticədə onun avqustun 25-də şəhər ərazisindəki evlərin birindən 15.000 manat dəyərində qızıl-zinət əşyaları oğurlaması da müəyyən edilib.
Lənkəranda inşaat və məişət əşyaları oğurlanıb. Faktla bağlı Lənkəran rayon Polis Şöbəsinin əməkdaşları əməliyyat-axtarış tədbirləri keçiriblər. Nəticədə sentyabrın 11-də şəhər ərazizisindəki həyətyanı sahələrin birindən 810 metr elektrik naqili, 100 metr metal boru, inşaat materialları və məişət əşyası oğurlamaqda şübhəli bilinən şəhər sakini C.Ağayev saxlanılıb.
Oxşar yazılar
Yanğın törədənlər məsuliyyətə cəlb olundu
15 avqust 2025 , 20:43
Ermənilərin Zəngilana hücumları nəticəsində zərər çəkmiş şəxslər məhkəmədə ifadə verdi
15 avqust 2025 , 20:15
Xaçmazda FACİƏ: maşın ustasını "tok" vurub öldürdü
15 avqust 2025 , 19:41
Şərurlu İsfəndiyarın milyonluq maşınlarına HƏBS QOYULDU
15 avqust 2025 , 17:58
Yekaterinburqda azərbaycanlıların saxlanılmasının əsl səbəbi - YENİ FAKTLAR
15 avqust 2025 , 17:12Narkotik becərmək üçün 4 tunel qazıb - Saatlıdan ŞOK GÖRÜNTÜLƏR
15 avqust 2025 , 14:32
"Öldürülən qardaşımın nəşi indiyədək tapılmayıb" - Ermənilərin məhkəməsi
15 avqust 2025 , 14:14