<b>FHN Xəzərdə batmış iranlı dənizçini axtarır</b>
27 fevral 2018 18:44 (UTC +04:00)

FHN Xəzərdə batmış iranlı dənizçini axtarır

0

İran bayrağı altında üzən “TARADİS” yük gəmisinin heyət üzvünün axtarışları davam etdirilir. Lent.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumatına görə, axtarışlar Xəzər dənizinin Azərbaycana aid olan hissəsində aparılır.

Bu gün aparılan axtarış işlərinə Fövqəladə Hallar Nazirliyinin Aviasiya dəstəsinin helikopteri və Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin gəmisi cəlb olunub. Əlavə məlumat veriləcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 398

Oxşar yazılar