Füzuli rayonunda mina tapıldı
04 noyabr 2017 20:16 (UTC +04:00)

Füzuli rayonunda mina tapıldı

0

Noyabrın 4-də FHN Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzindən və DİN “102” Xidməti-Zəng mərkəzi sistemindən Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Füzuli rayonunun Şükürbəyli kəndində bir ədəd minanın aşkarlanması barədə məlumat daxil olub.

 

ANAMA-dan Lent.az-a bildiriblər ki, Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu məlumata əsasən dərhal həmin əraziyə göndərilib.

 

Agentliyin mütəxəssisləri tərəfindən həmin ərazidə bir əkin sahəsinə baxış keçirilib. Aparılan təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində tank əleyhinə mina (TM-62M) aşkar edilib. Həmin sursat zərərsizləşdirilməsi üçün götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

 

Aşkarlanmış minanın ətrafında 800 kvadratmetr əraziyə yerüstü baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu tapılmayıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 501

Oxşar yazılar